Voronejdə azərbaycanlılara qarşı genişmiqyaslı reydlərə və həbslərə başlanılıb

Tarix: 22:24 29.06.2025
Rusiyanın Voronej vilayətində azərbaycanlılara qarşı genişmiqyaslı reydlərə və həbslərə başlanılıb.
"İnformator.az" "Teleqraf"a istinadən xəbər verir ki, bunu adıçəkilən ölkənin “Новые известия” nəşri yazıb.
Bildirilib ki, Voronejdəki Alekseyevski bazarı ("Çernozemye" topdansatış bazarı) uzun müddətdir hüquq-mühafizə orqanlarının diqqət mərkəzindədir. İldə bir neçə dəfə burada miqrasiya sahəsində pozuntuların aşkarlanması üçün reydlər keçirilir. Yerli sakinlər mütəmadi olaraq "gəlmələrin" davranışından və antisanitariyadan şikayət etdikləri iddia olunur.
Rusiya Telegram kanalları və digər media qurumlarının yazdığına görə, bir qrup miqrant yük avtomobilinin rus sürücüsündən nəqliyyat vasitəsini ticarət məqsədilə bir neçə günlüyə saxlamağı tələb ediblər. Guya "bazar sahibləri" həmin şəxsi təhdid ediblər.