Uranı zənginləşdirməyə davam edəcəyik - İrəvani

Bölmə: Dünya › ,
Tarix: 23:41 29.06.2025

İranın uranı zənginləşdirmək hüququ var və bu fəaliyyəti dayandırmağı planlaşdırmır. 

 

"İnformator.az" "Axar.az"a istinadən xəbər verir ki, bunu Amerikanın CBS telekanalına müsahibəsində İranın BMT-dəki daimi nümayəndəsi Əmir Səid İrəvani deyib.


Diplomatın bildirib ki, Nüvə Silahlarının Yayılmaması Müqaviləsinə (NPT) əsasən, uranın zənginləşdirilməsi fəaliyyəti İranın ayrılmaz hüququdur.

 

"Və biz bu hüququmuzdan istifadə etmək istəyirik", - İrəvani qeyd edib.