Göygöldə yol qəzası baş verib

Tarix: 22:53 29.06.2025
Göygöl rayonunda yol-nəqliyyat hadisəsi qeydə alınıb.
"İnformator.az" "Teleqraf"a istinadən xəbər verir ki, iki avtomobilin toqquşması nəticəsində 2006-cı il təvəllüdlü Elvin Verdiyev və 2005-ci il təvəllüdlü Kənan Sofuyev müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Hər iki şəxs xəstəxanaya yerləşdirilib. Onların vəziyyətləri orta-ağırdır.