Putinin əli azərbaycanlıların qanına batıb

Tarix: 23:35 29.06.2025
Azərbaycan Dövlət Televiziyası (AzTV) Rusiya Prezidenti Vladimir Putini, Moskvanın azərbaycanlılara qarşı yönələn siyasətini sərt tənqid edib.
"İnformator.az" "Teleqraf"a istinadən xəbər verir ki, bu barədə AzTV-nin sədri Rövşən Məmmədovun müəllifi olduğu
"Hədəf" analitik-informasiya proqramında danışılıb.
O, məsələnin şərhinə Prezident İlham Əliyevdən sitat gətirməklə başlayıb:
“Doğurdan da 44 günlük Vətən müharibəsində qazanılan qələbə Prezident İlham Əliyevin dediyi kimi çox böyük layları yerindən tərpətdi. Laylar yerindən tərpənəndə də hər kəsin əsil siması üzə çıxır – elə region ölkələlərinin də... O cümlədən də Rusiyanın...
Nə olub, cənab Putin? Azərbaycanın regionda güclü bir dövlətə çevrilməyi, son 200 ildə ilk dəfə olaraq torpaq verməyib, öz gücü ilə torpaq alıb suverenliyini və ərazi bütövlyünü bərpa etməsi, milli maraqlarını qoruması, prinsipial siyasət ortaya qoyması, Prezident İlham Əliyevin qlobal arenada liderliyinin qəbulu və ən müxtəlif beynəlxalq kürsülərdən etirafı sizi beləmi narahat edir? Başa düşürük, siz axı öyrəşmisiniz böyük Rusiyanın zorla öz ərasizinə daxil etdiyi xalqlar üzərində hökmranlığına...