“SOCAR Polymer” ixrac gəlirlərini 6 %-ə yaxın artırıb

Bölmə: İqtisadiyyat › ,
Tarix: 17:33 30.06.2025

Bu ilin yanvar-may aylarında Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) 57 %-lik törəməsi olan “SOCAR Polymer” MMC 106,7 milyon ABŞ dolları dəyərində məhsul ixrac edib.

 

"İnformator.az"ın məlumatına görə, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın iyun sayında bildirilir.


Bu, 2024-cü ilin ilk 5 ayı ilə müqayisədə 6 milyon ABŞ dolları və yaxud 5,9 % çoxdur. 5 ay ərzində Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 11,6 % artaraq 1,4 milyard ABŞ dolları təşkil edib.