Azərbaycan karbamid ixracından gəlirini 97 %-ə yaxın artırıb

Tarix: 17:40 30.06.2025
Bu ilin yanvar-may aylarında Azərbaycan 78,9 milyon ABŞ dolları dəyərində karbamid ixrac edib.
"İnformator.az" xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin açıqladığı “İxrac İcmalı”nın iyun sayında bildirilir.
Məlumata görə, bu, ötən ilin 5 ayı ilə müqayisədə 96,8 % çoxdur. 5 ay ərzində Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 11,6% artaraq 1,4 milyard ABŞ dolları təşkil edib.