Livan Suriya ilə sərhəddə təhlükəsizlik tədbirlərini gücləndirib

Tarix: 08:45 02.07.2025
Livan ordusunun komandanlığı ekstremist "İslam Dövləti" qruplaşmasının (İŞİD) təhlükəsi səbəbindən Suriya ilə həmsərhəd rayonlarda nəzarəti gücləndirmək üçün tədbirlər görüb.
"İnformator.az" "Teleqraf"a istinadən xəbər verir ki, bu barədə ordunun mətbuat xidmətinin “X”də yerləşdirilən məlumatında deyilir.
"Sabitliyi qorumaq məqsədilə sərhəd ərazisində intensiv patrul həyata keçirilir, əlavə müşahidə qüllələri quraşdırılıb. Silahlı Qüvvələrin komandanlığı Suriya hakimiyyəti ilə daimi təmasdadır və onlarla təhlükəsizlik tədbirlərini koordinasiya edir", - məlumatda bildirilir.