Trampın immiqrasiya qərarı dayandırılıb

Bölmə: Dünya › ,
Tarix: 20:49 03.07.2025

 

Federal məhkəmə, Prezident Donald Trampın Meksika sərhədinə gələn miqrantların sığınacaq müraciətlərinin qarşısını almaq məqsədi daşıyan sərəncamının “onun qanuni səlahiyyətlərini aşdığı” qənaətinə gəlib.


CBS News-un məlumatına görə, ABŞ-nin Dairə Hakimi Randolph Moss Trampın ikinci səlahiyyət müddətinin ilk günündə imzaladığı və əksər mühacirlərin sığınacaq üçün müraciət etməsinə mane olmaq məqsədi daşıyan icra fərmanına etiraz edən iddia ilə bağlı qərar verib.

Moss, 128 səhifəlik rəyində, Trampın qeyri-qanuni immiqrasiyanı “fövqəladə vəziyyət” elan edərək və mövcud hüquqi proseslərdən yan keçərək “qanuni səlahiyyət həddini aşdığını” və İmmiqrasiya və Vətəndaşlıq Qanununun və ya ABŞ Konstitusiyasının belə geniş səlahiyyətlər vermədiyinə qərar verdi.
Moss, İmmiqrasiya və Vətəndaşlıq Qanununun artıq ölkədəki insanların deportasiyası üçün “yeganə və müstəsna proseduru” açıq şəkildə müəyyən etdiyini vurğuladı və qadağanı saxladı.
Moss həmçinin Trampın fərmanından təsirlənən və ya təsirlənəcəyi ehtimal olunan şəxslərlə bağlı məhkəmə iddiasına icazə verdi.
Moss əmrin ölkə daxilində həyata keçirilməsi üçün 14 gün müddətində qalmaq hüququ verdi və bu müddət ərzində Tramp administrasiyası qərardan federal apellyasiya məhkəməsinə şikayət edə bilər.


CNN Türk
Əminə Əliyeva