Prezidentin Mətbuat Xidməti Ağdam səfərindən görüntülər paylaşıb

Tarix: 20:30 04.07.2025
Prezidentin Mətbuat Xidməti İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 17-ci Zirvə görüşündə iştirak edən nümayəndə heyətlərinin Azərbaycanın işğaldan azad olunmuş Ağdam şəhərinə səfəri ilə bağlı görüntülər və məlumat paylaşıb. Səfər çərçivəsində nümayəndələr Ağdamın erməni işğalı dövründə məruz qaldığı dağıntılarla tanış olublar, yenidənqurma və bərpa işləri haqqında məlumatlandırılıblar. Bu səfər regional həmrəyliyin və Azərbaycanın post-münaqişə dövründə apardığı bərpa fəaliyyətlərinin beynəlxalq səviyyədə təqdim olunması baxımından mühüm əhəmiyyət daşıyır.
Mövzu ilə bağlı Milli Məclisin deputatı, professor Elman Nəsirov "İnformator.az" açıqlamasında bildirib ki , bu görüşdə 13-dən çox dövlət başçısı iştirak etmiş və Xankəndindən başqa Ağdama da səfər ediblər:
"3-4 iyul tarixlərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü Xankəndi şəhərində keçirilib və belə mühüm tədbirin məhz, Xankəndi şəhərinin ev sahibliyi etməsinin çox böyük rəmzi mənası var.Çünki 30 il ərzində bu ərazilər , xüsusilə də , Xankəndi şəhəri erməni separatizminin yuvasına çevrilmişdir. Məhz , bu ərazidən xalqımıza qarşı soyqırım və hərbi cinayətlərin layihələndirilməsi həyata keçirilibdir.Qərarlar bu separatizm yuvasında qəbul edilirdi.Lakin bizim Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında yenilməz ordumuz ərazi bütövlüyümüzü bərpa etdikdən və 2023-cü ilin sentyabr ayından antiterror əməliyyatları keçirib suverenliyimizi tam və qəti şəkildə təmin etdikdən sonra , artıq Xankəndi üzərində də bayrağımız ucaldı və bu ərazidən bütün dünyaya sülh mesajları ünvanlanmağa başladı.İqtisadi Əməkdaşlıq Təşkilatının Zirvə görüşü çərçivəsində 13 dövlətin bu tədbirə qatılması,Qardaş Türkiyə dövlətinin , Qardaş Pakistan dövlətinin, Qardaş Özbəkistan dövlətinin,Qonşu İran dövlətinin liderinin bu tədbirə qatılması və digər dövlət başçılarının Zirvə görüşündə iştirakı onu göstərir ki , Xankəndi-Azərbaycanın bu gözəl diyarı bütün dünyanın diqqətini özünə cəlb edib və məhz, bu ərazidən regional əməkdaşlıqla bağlı, iqlim dəyişiklikləri kontekstində regional əlaqələrlə bağlı məsələlər müzakirələr predmetinə çevrilib.Tədbir yalnız Xankəndində deyil , eyni zamanda bu tədbirdə ECO İqtisadi Əməkdaşlıq Təşkilatının Zirvə görüşü çərçivəsində digər mühüm addımlar atılıb , forumlar da keçirilib.Həm də Azərbaycan dövləti və onun siyasi rəhbərliyi çox mühüm tədbirlərə yalnız Bakının deyil, işğaldan azad olunmuş ərazilərimizində ev sahibliyi etməsi praktikasını çox uğurla həyata keçirir.
2023-cü ildə İqtisadi Əməkdaşlıq Təşkilatının Nazirlər şöbəsinin toplantısı Laçında keçirilib.Bundan savayı,2024-cü ilin iyul ayında Türk Dövlətləri Təşkilatının sammiti Şuşada və eyni zamanda da , bunun kimi digər tədbirlərdə bu ərazilərdə keçirilib. Bütün bunlar onu göstərir ki , sözün həqiqi mənasında, işğaldan azad olunmuş ərazilər əməkdaşlıq məkanına çevrilib , regional əlaqələrin çox geniş vüsət aldığı bir diyara çevrilib və bu çox mühüm hadisədir".
Milli Məclisin deputatı, professor Elman Nəsirov bəyin bu səfər ilə bağlı olan düşüncələri çox maraqlıdır və sözün həqiqi mənasında , insanı cəlb edir:
"Beynəlxalq səviyyəli tədbirlərin Qarabağda , Xankəndində , Şuşada, Ağdamda , Füzulidə , Laçında təşkil edilməsi,sözün həqiqi mənasında , onu göstərir ki , Azərbaycan öz tarixi torpaqlarının sahibidir və bu torpaqların yenidən qurulması , onun bərpəsı üçün böyük addımlar atılır.
Bu kontekstdə İƏT-nın sammit çərçivəsində Xankəndinə gələn dövlət başçılarının Ağdama da səfəri baş tutub və bu səfərində böyük mənası var.Çünki Ağdamda ermənilər daşı-daş üstündə qoymayıb , oranı tamamilə Yer üzündən silmək xəttini həyata keçirmişdirlər.Bu baxımdan gələn qonaqlar və dövlət başçıları öz gözləri ilə gördülər ki , bu ərazidə ermənilər hansı vandalizm hərəkatlarına imza atıblar və Azərbaycanın Ağdamın bərpası istiqamətində misilsiz işlər görməsinə də şahid oldular.2021-ci ildən bu proses başlanılıb və 2021-2024 - cü illərdə bu istiqamətdə 19 milyard manat dövlət büdcəsindən vəsait ayrılıb.2025-ci ilin dövlət büdcəsində isə , daha 4 milyard manat bu istiqamət üçün ayrılmışdır.Bütün bunlar Azərbaycanın gücünü və potensialını göstərir.Siyası iradə var, iqtisadi potensial var, kadr potensialı var və müttəfiqlərimiz , o cümlədən dostlarımız var.Onlar da bu işə böyük töhfələr verirlər.Qazağıstan , Özbəkistan , Qırğısıztan dövləti işğaldan azad olunmuş ərazilərdə məktəb binaları tikir və bu da dostluğumuzun bariz nümunəsidir".
Nəzrin Məmmədova