Beşiktaş, Immobile ilə yollarını ayırıb

Tarix: 19:52 04.07.2025
Beşiktaş, italiyalı hücumçu Ciro Immobile ilə qarşılıqlı razılaşma əsasında yollarını ayırdığını açıqlayıb. Klubun Kamuyu Aydınlatma Platformu’na (KAP) verdiyi məlumata görə, futbolçuya müqavilə feshi qarşılığında 2 milyon 625 min avro təzminat ödənəcək.
Beşiktaş, Immobile-yə xidmətlərinə görə təşəkkür edib və gələcək karyerasında uğurlar arzulayıb.
Haber Global
Xəlilli Nigar