UEFA-dan Beşiktaşa pul cəriməsi

Tarix: 19:58 04.07.2025
Beşiktaş Futbol Klubu, UEFA-nın kadr xərcləri qaydasını pozduğu üçün 900 min avro məbləğində cərimələnib.
Klubdan edilən açıqlamada, UEFA Klub Lisenziyalaşdırması və Maliyyə Davamlılığı qaydaları çərçivəsində 01.12.2023–30.11.2024 dövrü üçün aparılan araşdırma nəticəsində kadr maliyyəsinin qaydalara uyğun olmadığı təsbit edilib. Bu səbəbdən UEFA, Beşiktaşa 900.000 avro inzibati cərimə tətbiq edib.
Açıqlamada həmçinin, qərarla bağlı hüquqi apellyasiya prosesinin UEFA Klub Maliyyə Nəzarət Orqanının Apellyasiya Bölməsində davam etdiyi və proses tamamlandıqda ictimaiyyətə yenidən məlumat veriləcəyi bildirilib.
Hürriyyet
Xəlilli Nigar