Uqanda qəhvə ixracını artırır

Tarix: 20:31 04.07.2025
Uqanda qəhvə ixracını 43% artıraraq Afrikanın ən böyük qəhvə ixracatçısı olub.
Uqandadan qlobal bazara qəhvə tədarükü 2024-cü ilin may ayında 33.000 metrik tondan bu may ayında təxminən 48.000 metrik tona yüksəlib. İnstitutdan verilən məlumata görə, nəticə xəstəliklərə daha davamlı olan və ixracın böyük hissəsini təşkil edən Robusta növlərinin istifadəsi hesabına əldə edilib.
Avropa ölkələri Uqandadan qəhvənin əsas idxalçılarıdır və ümumi tədarüklərin 67%-ni təşkil edir.
TASS
Fatimə Şahverdiyeva