Aİ ABŞ-yə qarşı 21 mlrd. avroluq tarif paketi hazırlayıb

Bölmə: Dünya › ,
Tarix: 10:53 14.07.2025

Avropa İttifaqı ABŞ məhsullarına tətbiq etmək məqsədilə 21 milyard avroluq tarif siyahısı hazırlayıb.

 

"İnformator.az" APA-ya istinadən xəbər verir ki, bunu İtaliyanın xarici işlər naziri Antonio Tajani deyib.

 

Onun sözlərinə görə, əgər Vaşinqtonla razılaşma əldə olunmasa, 21 milyard avroluq tarif paketindən əlavə olaraq, daha bir sıra tariflər də Amerika məhsullarına tətbiq olunacaq.

 

İtaliya XİN rəhbəri Aİ-nin ticarətdə “sıfır tarif” hədəfini izlədiyini qeyd edib.

 

Xatırladaq ki, ABŞ prezidenti Donald Tramp avqustun 1-dən başlayaraq Aİ və Meksikadan idxal olunan məhsullara 30% tarif tətbiq edəcəyini bəyan edib.