Hakim qarşısında Əhməd Özer

Tarix: 14:55 14.07.2025
2024-cü il oktyabrın 30-da Esenyurt bələdiyyə sədri vəzifəsində çalışarkən həbs edilən Ahmet Özer bu gün ikinci dəfə hakim qarşısına çıxıb.
İclasda dinlənilən 6 şahiddən biri də CHP-nin 38-ci Adi Konqresi davasında şahid qismində adı keçən CHP Muş Gənclik Qolunun keçmiş sədri Erkan Çakır olub.
Çakır, Özerin namizədliyini hazırda vəzifəsindən kənarlaşdırılan İstanbul Böyükşəhər Bələdiyyə Başçısı Əkrəm İmamoğlu tərəfindən irəli sürüldüyünü və buna reaksiya verdiyini bildirib. Çakır “ictimai rəy araşdırmaçısı” olduğunu və şərq vilayətlərindəki çıxışlarında Özerin terror təşkilatına üzv olmasından danışıldığını bildirib.
Çakırın açıqlamalarından sonra Özer və vəkilləri Çakırın ifadələrini ciddiyə almadıqlarını və cavab verməyəcəklərini bildiriblər. Şahidlər dinlənildikdən sonra Ahmet Özer Çakıra müraciət edərək onun ifadələrinə reaksiya verib.
BBC News
Aysel Mirzəyeva