Danışıqlar müdafiə sistemini bərpa üçün fürsətdir

Bölmə: Dünya › ,
Tarix: 14:57 14.07.2025

Danışıqlar ölkənin müdafiə və hücum imkanlarını bərpa etmək üçün məhdud da olsa, fürsət yarada bilər.

 

"İnformator.az"  xəbər verir ki, bu haqda İranın “Fərhixteqan” qəzeti yazıb.

 

“Son həftələrdə müdafiənin bəzi təbəqələrində, xüsusən də hibrid və kiber hücumlara qarşı mübarizədə boşluqlar müzakirə olunub. Gərginliyin qısamüddətli dayandırılması müvəqqəti də olsa, bu sektorları gücləndirmək imkanı verə bilər”, - qəzet əlavə edib. Qeyd edək ki, İran mediası Tehran-Vaşinqton danışıqlarında vasitəçilik edən ölkənin dəyişməsi ehtimalını yazıb.