11 terror düşərgəsi boşaldılacaq

Bölmə: Dünya › ,
Tarix: 10:56 14.07.2025

Terrorsuz Türkiyə prosesində kritik mərhələ PKK-lı terrorçuların silahlarını yandırması ilə keçildiyi bir vaxtda diqqətlər indi Şimali İraqdakı düşərgələrə yönəlib. Təşkilatın nəzarətində olan İran-İraq sərhədində yerləşən Kandil, Suriyaya çıxışı təmin edən Sincar düşərgəsi və Mosul yaxınlığındakı Maxmur düşərgəsi də daxil olmaqla ümumilikdə 11 böyük düşərgənin boşaldılması gözlənilib.

 

Terror təşkilatının başçılarından Bese Hozatın rəhbərlik etdiyi 30 nəfərlik qrup, terrorçu başı Abdullah Öcalanın çağırışından sonra Süleymaniyədəki ərazidə silahlarını böyük qazanlarda yandırıb.

 

PKK-lı terrorçuların silahlarını yandırmasından sonra diqqət terror təşkilatının düşərgələrini boşaltmasına yönəlib. Diyarbakırın Lice rayonunda 47 il əvvəl qurulan və Türkiyəyə qarşı hücumlarını Şimali İraqdakı düşərgələrdə planlaşdıraraq həyata keçirən PKK-nın bölgədə nəzarət etdiyi 11 mühüm düşərgəsi var.

 

Zap düşərgəsi ilə yanaşı, PKK-nın daha 3 əsas düşərgəsi də Şimali İraqda yerləşib. Təşkilatın rəhbər şəxslərinin də qaldığı İran-İraq sərhədindəki Kandil düşərgəsi, Suriyaya çıxışı olan Sincar düşərgəsi və Mosul yaxınlığındakı Maxmur düşərgəsi. Digərləri ilə müqayisədə daha təhlükəsiz sayıldığı üçün PKK-lıların ən çox cəmləşdiyi bu üç düşərgənin də zamanla bağlanaraq nəzarətin yerli hakimiyyətə verilməsi gözlənilir. Maxmur düşərgəsində hazırda təxminən 15 min nəfərin yaşadığı və nəzarətin PKK tərəfindən həyata keçirildiyi bildirilib.

 

Haberler.com

Aygün Babayeva