"Gömrük rüsumu" misilləməsi təxirə salınıb

Tarix: 10:57 14.07.2025
Avropa İttifaqı (Aİ) Komissiyasının sədri Ursula fon der Leyen ABŞ-nin Aİ-yə tətbiq edəcəyi gömrük rüsumlarına qarşı nəzərdə tutulan misilləmə tədbirlərini hazırladıqlarını və bu tədbirlərin gözləmə müddətini avqust ayının əvvəlinə qədər uzadacaqlarını açıqlayıb.
Aİ Komissiyasının sədri Ursula fon der Leyen Brüsseldə İndoneziya Prezidenti Prabovo Subianto ilə keçirdiyi birgə mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.
Fon der Leyen ABŞ-lə dialoqun faydalı olmadığının görüldüyünü və ABŞ-nin məktubundakı sərt üsluba qarşı hansı mövqe sərgilənəcəyi ilə bağlı sualı belə cavablandırıb:
“Bildiyiniz kimi, bizim iki mərhələli yanaşmamız var və bu çox vacibdir. Hər zaman çox aydın şəkildə ifadə etmişik ki, biz danışıqlar yolu ilə əldə olunan bir həllə üstünlük veririk. Bu mövqeyimiz dəyişməyib. İndi isə əlimizdə olan vaxtı 1 avqusta qədər bu istiqamətdə istifadə edəcəyik. İkinci mərhələdə isə əvvəldən hazırladığımız misilləmə tədbirləri ilə cavab vermək üçün çalışmışıq və buna hazırıq. Zərurət yaranarsa, bu tədbirləri həyata keçirə bilərik. İki mərhələli yanaşma işə yarayır, çünki biz tam hazırıq”.
Fon der Leyen sosial şəbəkə üzərindən yaydığı açıqlamada isə bildirib:
“Avropa İttifaqı ixracatına tətbiq olunacaq 30 faizlik gömrük rüsumu Atlantik okeanının hər iki sahilindəki müəssisələrə, istehlakçılara və xəstələrə zərər verəcək. Razılıq əldə etmək üçün 1 avqusta qədər işləməyə davam edəcəyik. Eyni zamanda, proporsional misilləmə tədbirləri əsasında Aİ-nin maraqlarını qorumağa da hazırıq".
Haberler.com
Aygün Babayeva