Rusiya MDB ölkələrində casusluqla məşğul olmamaq haqqında üzərinə götürdüyü öhdəliyə əməl etmir

Tarix: 12:06 14.07.2025
Bunu Milli Məclisin deputatı Sahib Alıyev deyib. O bildirib ki, media yarandığı gündən təsir aləti kimi çıxış edib:
“Böyük dövlətlər isə ondan həm də xarici təsir vasitəsi kimi faydalanmağa çalışıblar və bu gün də eyni siyasət xeyli fərqli şəkildə davam etdirilir".
Mövzu ilə bağlı politoloq Yusif Bağırzadə "İnformator.az"a açıqlamasında bildirib ki, Rusiya imperiya təxəyyülü və imperiya ambisiyası ilə yaşayır:
"Hətta qonşu dövlətlərlərin və onunla eyni ittifaqda olan dövlətlərin Avropa İttifaqı və NATO ilə münasibətlərinə qısqanclıqla baxır. Rusiya belə başa düşür ki, bu dövlətlərin beynəlxalq münasibətlərdə hər hansı bir addımı Rusiya ilə razılaşdırılmalıdır və bu da Rusiyanın imperiya ambisiyasından xəbər verir. Bir ittifaqda təmsil olunduğu dövlətlərlə casus şəbəkəsini yaratmaq, onların xarici və daxili siyasətlərinə maneə olmaq Rusiyanın bu dövlətlərlə olan münasibətlərinə pis təsir edir. Casus şəbəkəsi olan "Rus evi"nin bağlanması, bir tərəfdən də Azərbaycanda Rusiyanın Sputnik casus şəbəkəsinin ifşa olunması buna nümunədir. Əlbəttə ki, bu münasibətlərin perspektivi yoxdur. Yəqin ki, biz yaxın zamanlarda köhnə postsovet respublikalarında Rusiyaya məxsus mühüm qanunvericilik hakimiyyətlərindəki icra hakkmiyyətində Rusiyaya məxsus casus şəbəkəsinin ifşasına şahid olacağıq. Casus şəbəkələrində olan Rusiya vətəndaşlarının cəzalandırılması prosesi isə müvafiq dövlətin: məsələn Azərbaycanın qanunvericiliyi ilə müəyyənləşəcək. Yəni həmin dövlətin, Azərbaycanın və digər dövlətlərin daxili qanunları ilə cəzalandırılacaq".
Fatimə Heydərova