Rusiya Ukraynanın itkilərini yeniləyib-1237-ci gün

Tarix: 18:24 14.07.2025
Rusiya müharibənin 1237-ci günü üçün Ukrayna ordusunun itkiləri haqda məlumatı yeniləyib.
"İnformator.az" xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov məlumat yayıb.
“Xüsusi əməliyyatın başladığı gündən indiyə qədər düşmənin 663 təyyarəsi, 283 helikopteri, 69 490 PUA-sı, 616 zenit-raket kompleksi, 24 212 tank və digər zirehli texnikası, 1 577 reaktiv yaylım atəş sistemi, 27 356 artilleriya və minaatanı, 38 143 xüsusi hərbi avtomobil texnikası məhv edilib”, - o bildirib.