“Niderland İsraili milli təhlükəsizlik təhdidləri siyahısına əlavə edib”-KİV

Bölmə: Siyasət › ,
Tarix: 21:34 29.07.2025

Niderland hökuməti ilk dəfə İsraili krallığın milli təhlükəsizliyinə təhdid yaratdığına inandıqları ölkələr sırasına daxil edib.

 

Mövzu ilə bağlı siyasi şərhçi Müşfiq Abdulla “İnformator.az”a açıqlamasında bildirib ki, Niderland Krallığının İsraili milli təhlükəsizliyi üçün təhdid hesab etməsi, siyasətinə və ictimai rəyə təsir göstərməkdə ittiham etmə bəyanatı iki ölkə arasında müəyyən fikir ayrılığına gətirib çıxara bilər:


“Lakin bu məsələnin konkret olaraq İsrailin Niderland Krallığını hansı təhlükələr yaratması ilə bağlı məlumatlar və mexanizmlər yoxdur. Niderland Krallığı bildirirki İsrail ölkənin demokratik institutları üçün təhlükə yarada bilər. Bu təhlükə nədən ibarətdir? İsrail hansı addımlar atır? Hələki bu sualların cavabı məlum deyil. İki ölkə arasında yaranmış münaqişə daha çox beynəlxalq cinayət məhkəməsi ilə bağlı iki ölkə arasındakl fikir ayrılığına dayanır. Belə ki, ötən il noyabrın 21-də məlum olduğu kimi beynəlxalq cinayət məhkəməsi İsrailin baş məhkəməsi Benyamin Netanyahu və sabiq müdafiə naziri Yoav Qallantın beynəlxalq cinayət məhkəməsinə cəlb olunması ilə bağlı bir qərar var. Həmin qərarda qeyd edilir ki, İsrailin baş naziri və müdafiə naziri 2023-cü il oktyabrın 8-dən 2024-cü ilin mayın 20-nə qədər Qəzza zolağında kütləvi qətllər törətməkdə ittiham olunur. Bu məsələ ilə bağlı Avropa ölkələrinin əksəriyyətinin mövqeyi yekdildir. O cümlədən həmin vaxt Niderlandın Xarici işlər naziri Kasmar Veldkamp ötən ilin noyabrında qeyd edib ki, Niderland beynəlxalq cinayət məhkəməsinin Netanyahu üçün verdiyi həbs qərarına uyğun hərəkət etməyə hazırdır. İsrail bunu özü üçün təhdid hesab edir, müəyyən təzyiq alətlərindən istifadə etməklə Niderlandı bu qərarından geri çevirsin.

Əsasən bu məsələdə ABŞ-nin mövqeyi Avropadan fərqlənir. Tramp administrasiyası Tramp prezident seçildikdən sonra ABŞ birmənalı şəkildə beynəlxalq cinayətlər məhkəməsinin qərarını tanımaqdan imtina etdi və bildirdiki Yoav Qallantı və Netanyahunu həbs edib cinayət məhkəməsinə təhvil verməyəcək. ABŞ ərazisi bu gün Avropadan fərqli olaraq İsrail rəhbərliyi üçün daha təhlükəsizdir. Lakin görünür ki, İsraildə Avropa ölkərini bu məsələdən geri çevirmək üçün müəyyən gizli fəaliyyətlər göstərir. Siyasi dairələrin əliylə Niderland hakimiyyətinə o cümlədən ictimai təşkilatlara təzyiqlər göstərir.

Netanyahunu və ya Qallantı həbs etməklə hansısa cinayətə məhkum etmək Yaxın Şərqdə münaqişənin həll oluncağını düşünmək yanlış olar. Bu gün Yaxın Şərqə daha çox sülh lazımdır. Düşünürəm ki, Netanyahunu həbs etmək ultrapravaslav radikal-dini təşkilatların mövqeyini gücləndirəcək. Ona görə də bu məsələdə daha çox dünya ölkələri sülhə nail olmağın variantlarını axtarmalıdırlar. Məsələn bundan əvvəl 2023-cü ilin mart ayında Rusiya prezidenti Vladimir Putin haqqında da Ukraynada insanlığa qarşı cinayət törətdiyinə görə həbs orderi çıxarılıb. Amma indiyə qədər Putini həbs edə bilməyiblər. Ədalətin təmin olunması üçün əgər kimisə mühakimə etmək lazımdırsa, bu birtərəfli qaydada ola bilməz”.


Çimnaz Telmanqızı