Müəllimlərin işə qəbulu üzrə vakansiya seçimində yenilik...

Tarix: 16:38 30.07.2025
Müəllimlərin işə qəbulu üzrə vakansiya seçimində yenilik ediləcək.
"İnformator.az" xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Ümumi təhsilin təşkili şöbəsinin müdir müavini Nurlan İsmayılbəyli keçirilən brifinqdə deyib.
Onun sözlərinə görə, namizədlərin faktiki yaşayış yerinə uyğun yerləşdirilməsinə üstünlük veriləcək: "Namizədlərin faktiki yaşayış yerinə uyğun olaraq yerləşdirilməsinə üstünlük verilməsi müəllimlərin işə daha tez adaptasiya olmasına, kadr dövriyyəsinin azalmasına və sosial rifahın, xüsusilə də müəllimlərin həyat və iş şəraitinin yaxşılaşdırılmasına müsbət təsir göstərir. Eyni zamanda, bu yanaşma vakansiyalardan imtina hallarının qarşısının alınmasına xidmət edir. Təhlillər göstərir ki, son 4 il ərzində faktiki yaşayış yerinin uyğun olmaması səbəbindən 1867 nəfər namizəd uğur qazandığı vakansiyadan imtina edib. Bu meyarın tətbiqi, xüsusilə bölgələr üzrə müəllim çatışmazlığının azaldılması, vakansiyaların daha effektiv şəkildə tutulması və müəllimlərin rifah səviyyəsinin artırılması baxımından əhəmiyyətlidir.

30 iyul 2025-ci il tarixində İnsan Alverinə Qarşı Mübarizə üzrə QHT Koalisiyasının təşəbbüsü və İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsinin (İAQMBİ) dəstəyi ilə insan alveri qurbanları üçün fəaliyyət göstərən və İAQMBİ-yə bilavasitə tabe olan sığınacağa info-tur təşkil olunub. Səfər Koalisiyanın müraciəti əsasında həyata keçirilib.