"Kəpəz"in sabiq futbolçusu "Zaqatala"da çıxış edəcək

Bölmə: İdman › ,
Tarix: 12:20 07.08.2025

"Kəpəz"dən ayrılan İlkin Qırtımov I Liqa təmsilçisi "Zaqatala"da çıxış edəcək.

 

Bu barədə "İnformator.az" "Report"a  istinadən xəbər verir.

 

34 yaşlı futbolçu başqa klublardan təklif almasına baxmayaraq, doğulduğu rayonun komandasına kömək etmək istədiyini söyləyib: "Başqa klublara da gedə bilərdim. Amma "Zaqatala"da oynamağı özüm istədim. Doğma komandama bacardığım qədər kömək etmək fikrindəyəm. Karyeramı hələ bitirmək niyyətində deyiləm". Qeyd edək ki, İ.Qırtımov Gəncə təmsilçisinin heyətində 17 matça çıxıb.