Mertens İstanbuldan ayrılıb

Bölmə: İdman › ,
Tarix: 18:54 07.08.2025

"Galatasaray"da müqaviləsi başa çatan belçikalı futbolçu Dries Mertens, İstanbuldan ayrılıb.

 

"Galatasaray"ın təcrübəli yarımmüdafiəçisi Dries Mertens, ailəsi ilə birlikdə İstanbul Hava Limanından meqapolisə vida edib. 2022–2023 mövsümündə "Galatasaray"a transfer olunan Mertensin müqaviləsi 30 iyun 2025-ci ildə başa çatırdı. Əri və övladı ilə İstanbul Hava Limanına gələn Mertens, vətəndaşların fotoşəkil istəklərini geri çevirməyərək onlarla birlikdə şəkil çəkdirib. İstanbuldan İtaliyanın Neapol şəhərinə yollanan Mertens, jurnalistlərə açıqlama verməyib. 38 yaşlı futbolçu, sarı-qırmızı forma ilə çıxdığı 136 matçda 25 qol vurub, 36 məhsuldar ötürmə ilə yadda qalıb. Təcrübəli futbolçu "Galatasaray" forması ilə 3 dəfə Super Liqa, 1 dəfə Türkiyə Kuboku, 1 dəfə də Superkubok çempionluğu yaşayıb.

 

Mənbə:TRT Haber 

Nigar Həsənzadə