“Fənər”ə qol vurub, İkardi kimi sevinib

Bölmə: İdman › ,
Tarix: 19:16 07.08.2025

 


"Futbolçuların meydanda etdiyi jest və hərəkətlərin rəqib azarkeşlərə təsiri çox böyükdür. Nəzərə alsaq ki, bu görüş türkiyəli azarkeşlər baxımından da diqqət çəkib. İkardiyə xas sevincin qoldan sonra təqdim olunması Timberin ifasında 2 cür qarşılana bilər. İlk növbədə arenaya toplayan türkləri bir növ qıcıqlandırmaq, digər tərəfdən isə məhz İkardi sayağı sevinci təqdim edərək "Qalatasaray"ın "Fənərbaxça"nın prinsipal rəqibi olduğunu nəzərə alıb bilərəkdən etməsidir".


Bu sözləri "Todaypress.tv" saytının redaktoru Namiq Abbasov "İnformator.az"a açıqlamasında deyib. O qeyd edib ki, bu hər iki mənada təsir göstərir:

 

"Timber bilərəkdən təqdim etdiyi bu sevinc etik sərhədləri aşmaq kimi qiymətləndirilməlidir. Çünki rəqibinin türk olduğunu bilərək o jestdən istifadə edib. Bununla da rəqib azarkeşləri, "Fənərbaxça"nın futbolçularını daha çox özündən çıxartmaq, onları psixoloji baxımdan məngənəyə salmaqdır, daha da onlara şok yaşatmaqdır. Belə vəziyyətlərdə futbol klubları münasib cavab tədbirləri görməməlidir. Çünki adətən belə tədbirlər arenada komandalar, futbolçular arasında yaşanan hər hansı bir qalmaqalda nəzərdə tutulur. Burda isə Timber qol vurduqdan sonra xoşladığı bir jesti nümayiş etdirib. Biz bilmirik, bəlkə o hər dəfə qol vurandan sonra İkardiyə xas sevinci bölüşür. Bu dəfə isə rəqib "Fənərbaxça" olub, bir daha burda təqdim olunub. Qarşı tərəfdən isə bu qıcıq kimi qarşılanıb. Futbol klubları daha vacib problemlərə qiymət verməsinin yeri var. Buna görə də müəyyən tədbir görülməsinə ehtiyac olduğunu düşünmürəm".


Zəhra Möhübbətova