“Şamaxı” və “İmişli” bir-birini günahlandırır

Tarix: 15:24 08.08.2025
"Yoldaşlıq görüşlərinin ləğv olunması normal bir hal deyil, amma ola bilər ki, hansısa klubda problem yaranar, futbolçular xəstə olar və ya oyun vaxtı az olar. Bu hallarda oyunla bağlı müqavilə bağlanmalıdır. Bu hələki bizdə yoxdur, ancaq ümumi götürsək, məsələn Türkiyədə təlim-məşq toplanışına gedəndə klublar öz aralarında müqavilə bağlayırlar".
Bu sözləri futbol funksioneri Ceyhun Sultanov "İnformator.az"a açıqlamasında deyib. O qeyd edib ki, buna görə onlarda problem çox az hallarda olur:
"Yoldaşlıq görüşlərində müqavilə bağlayarkən bəndlər qoyulmalıdır ki, kim bu oyundan fors-major olmasa, imtina edərsə, filan qədər məbləğdə pul o biri klubun hesabına köçürüləcək.
İmişlinin meydançası ilə bağlı bir şey deyə bilmərəm. Ümumilikdə meydança aşağı səviyyədirsə, orda futbolçuların təhlükəsi var, bu cür şeylərə ciddi diqqət yetirmək lazımdır.
Klublar arasında anlaşılmazlıqların ictimai şəkildə paylaşılması idman imicinə təsir etmir. Bu sadəcə onların öz aralarında olan münasibətlərdə soyuqluq yaranmasına gətirik çıxarır".
Zəhra Möhübbətova