Mourinho "11-lik"də dəyişiklik edəcək

Bölmə: İdman › ,
Tarix: 16:10 08.08.2025

"Fenerbahçe"də "Feyenoord" matçının hazırlıqları davam edir. Baş məşqçi Jose Mourinho, cavab oyununa fərqli heyətlə çıxmağı planlaşdırır.

 

"Fenerbahçe"də "Feyenoord" hazırlığı davam edir. Sarı-lacivərdlilər, Niderland təmsilçisini mübarizədən kənarlaşdıraraq Çempionlar Liqasında play-off mərhələsinə yüksəlmək istəyir. Jose Mourinho, ilk oyundakı futboldan razı qalmayıb. Daha sürətli və qola yönəlik oyun tələb edən portuqaliyalı mütəxəssis, ikinci oyunda heyətdə dəyişiklik edəcək. Zədəsini geridə qoyan Anderson Taliscanın cavab matçına start heyətində başlaması ehtimal olunur. Jhon Duran və Nelson Semedonun da şans qazanması gözlənilir. Mourinho şagirdlərinə daha çox qapı qarşısını yoxlamalı olduqlarını çatdırıb. Hücum zonasında daha sürətli hərəkət etmək və topu daha müsbət istifadə etmək baxımından "Fenerbahçe"nin hazırlıqları davam edir. Sarı-lacivərdlilər "Feyenoord"u bir top fərqi ilə məğlub edərsə, oyun uzadılacaq. Təmsilçimiz 2 və ya daha çox fərqlə qalib gələcəyi təqdirdə, adını play-offa yazdıracaq. Heç-heçə və ya istənilən "Feyenoord" qələbəsində isə növbəti mərhələyə Niderland təmsiçisi yüksələcək.

 

Mənbə:TRT Haber 

Nigar Həsənzadə