"Galatasaray" "Mançester Siti"nin ulduzu üçün son dəfə təklif göndərəcək

Tarix: 16:30 08.08.2025
"Galatasaray" klubu "Mançester Siti"nin ulduz qolkiperi Ederson Santana üçün son təklifini hazırlayıb.
"İnformator.a," "Oxu.Az"a istinadən xəbər verir ki, "sarı-qırmızılar"ın rəhbərliyi təcrübəli qolkiperi və "Mançester Siti" rəhbərliyini razı salmaq üçün menecerlərini İngiltərəyə göndərib.
Tərəflər arasında keçirilən ilkin danışıqlar müsbət yekunlaşıb.
Qeyd edək ki, 2017-ci ildən bu yana "Mançester Siti"nin şərəfini qoruyan Edersonun hazırkı dəyəri 20 milyon avrodur.