"Qarabağ"ın rəqibi Bakıya darmadağınla gəlir

Bölmə: İdman › ,
Tarix: 21:23 08.08.2025

"Qarabağ"ın UEFA Çempionlar Liqasının III təsnifat mərhələsindəki rəqibi "Şkendiya" Şimali Makedoniya Liqasında ilk turun qarşılaşmasını keçirib.

"İnformator.az" xəbər verir ki, öz meydanında "Şkupi" ilə qarşılaşan “Şkendiya” 5-1 hesabı ilə qalib gəlib.

“Şkupi” görüşün böyük hissəsini azlıqda keçirib.

 

Qeyd edək ki, "Qarabağ" "Şkendiya" ilə ilk matçında 1:0 hesablı səfər qələbəsi qazanıb. Cavab görüşü avqustun 12-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.