Pezeşkian jurnalistlə Azərbaycan dilində zarafat edib

Tarix: 10:57 11.08.2025
İran Prezidenti Məsud Pezeşkianın İranda jurnalistika günündə mətbuat işçiləri ilə görüşündə maraqlı an yaşanıb.
"İnformator.az" xəbər verir ki, bu barədə "Azad İran" Teleqram kanalı görüntülər paylaşıb.
Belə ki, jurnalistlərdən biri ona yaxınlaşaraq - "bu dəfə jurnalist siz olun, müxbirlərə siz sual verin", - deyib.
M.Pezeşkian isə gülümsəyərək cavab verib:
"Sual soruşum? Qarşımda mikrofon var da, əlavə mikrofonu nə edirəm?" - deyə ona mikrofon uzadan jurnalistə bildirib.
Bu zarafatlı cavab sosial şəbəkələrdə maraqla qarşılanıb və jurnalistlər arasında gülüşə səbəb olub.