Fransada "Disneyland Paris"in əməkdaşları tətilə başladı

Bölmə: Sosial › ,
Tarix: 19:27 30.05.2023

Fransada "Disneyland Paris" əyləncə parkının işçiləri maaşlarının artırılması tələbi ilə tətilə başlayıblar.

 

İnformator.az xarici mediaya istinadən xəbər verir ki, yüzlərlə əməkdaş tələblərini ictimaiyyətə çatdırmaq üçün parkın daxilində nümayiş keçirib. Etirazçılar parka əylənmək üçün gələn ziyarətçiləri də qarşılayıblar.

 

Qeyd edək ki, 1992-ci ildə istifadəyə verilən və Parisə gələn turistlərin getdiyi yerlərdən biri olan Disneyland hər il milyonlarla ziyarətçini qəbul edir.

 

Sayad