Alimlər niyə quş qripinin növbəti pandemiya olmasına hazırlaşır?

Tarix: 20:49 21.05.2025
Alimlər xəbərdarlıq edirlər ki, növbəti pandemiya artıq aylardır minlərlə fermada yayılan bir xəstəlik ola bilər.
Xəstəliyin necə inkişaf etdiyini araşdıran tədqiqatçılar bildirirlər ki, qeyri-kafi müşahidələr səbəbindən ABŞ quş qripinin insanlar arasında pandemiyaya çevrilməsi həddini keçdiyini fərq etməyə bilər.
H5N1 quş qripi hazırda Avstralaziya istisna olmaqla bütün qitələrdə yayılıb. Bu virus Antarktidada pinqvinlərdə, Orta Şərqdə isə dəvələrdə aşkarlanıb.
Xəstəlik artıq ABŞ-ın 50 ştatının hamısında vəhşi quşlar və məməlilərdə aşkar edilib. ABŞ Kənd Təsərrüfatı Nazirliyinin (USDA) məlumatına görə, virus ev quşları fermalarına da keçib və minə yaxın iri buynuzlu heyvan sürüsündə müşahidə olunub. Quş qripi indiyədək ən azı 70 insana yoluxub və bir nəfər həyatını itirib.
Mənbə: BBC NEWS
Səmayə Səftərova