Ölümdən dönənlər unutduqlarını qısa müddətə xatırlayırlar - ARAŞDIRMA

Bölmə: Araşdırma › ,
Tarix: 20:36 12.06.2023

Yeni araşdırmada ölümdən dönən insanların yaddaşının daha aydın olduğu və unutduqları xatirələri xatırladıqları müəyyən edilib.

 

İnformator.az "Proceedings of the National Academy of Sciences" jurnalında dərc olunan son araşdırmaya əsasən bildirir ki, ABŞ-ın Miçiqan Universitetinin tədqiqatçıları infarkt keçirən və koma keçirən dörd xəstədən ikisinin beyin fəaliyyətinin artdığını müəyyən edib.

 

Bu kontekstdə ürəyi müəyyən müddət dayanan və həyata qayıdan insanların beyin fəaliyyətlərinin araşdırılması nəticəsində demans xəstələri kimi bəzi insanların qısa müddətə unudulmuş xatirələri yada saldıqları görülüb.

 

Tədqiqat qrupunun üzvlərindən Jimo Borjigin bu xəstələrin beynində ayıqlıq, diqqət və xatırlama ilə əlaqəli qamma dalğalarında artım müşahidə edildiyini ifadə edib.