Kanar adaları yaxınlığında ən azı 325 miqrant itkin düşüb

Tarix: 07:01 10.07.2023
İspaniyanın Kanar adaları sahillərində ən azı 325 seneqallı mühacirin yoxa çıxdığı bildirilib.
İnformator.az xarici KİV-ə istinadən xəbər verir ki, İspaniya mərkəzli miqrant yardım qrupu olan Walking Borders (Gəzən Sərhədlər) Seneqaldan İspaniyanın Kanar adalarına üzən 3 miqrant qayığında ən azı 325 nəfərin itdiyini açıqlayıb.
Qayıqların birində təxminən 65 nəfər, digərində isə ən azı 60 nəfər, üçüncü qayıqda isə 200-ə yaxın mühacir olduğu bildirilib. Mühacirlərin 15 gündür itkin düşdüyü və ailələrinin mühacirlərlə əlaqə saxlaya bilmədiyi bildirilib.
Walking Borders təşkilatının hüquq müdafiəçisi Helena Maleno Qarzon açıqlamasında “Onlar Seneqaldakı qeyri-sabitliyə görə öz ölkələrini tərk ediblər" deyib.
Qeyd etmək lazımdır ki, Kanar adaları, xüsusilə yay aylarında immiqrantların ən sıx köçünün yaşandığı yer olaraq qeydə alınıb.
Nigar