Yasəmən çayının inanılmaz faydaları

Bölmə: Araşdırma › ,
Tarix: 23:48 18.10.2023

Bitki çayları qış aylarında soyuqdəymədən qorunmaq, depressiyanı azaltmaq, stress və narahatlığı minimuma endirmək üçün əla həll yoludur. Bu bitki çayları arasında tropik yerlərdə bitən çiçəkli bitki olan yasəmən çayı da insanlar tərəfindən sevilir. Yasəmən çayının faydaları nələrdir?

 

Yasəmən çayı antioksidan xüsusiyyətləri sayəsində maddələr mübadiləsini sürətləndirməyə kömək edir. Yasəmən çayı qan dövranını yaxşılaşdırmaq üçün çox faydalıdır. Buna görə də tromboz, damar tıxanması, qan laxtalanması və beyin zədələnməsi kimi tibbi vəziyyətlərin qarşısının alınmasında böyük rol oynayır. Çayın tərkibindəki antibakterial və antiviral xüsusiyyətlər həm qripin, həm də soyuqdəymənin qarşısını alır. Orqanizmdəki pis yağları və xolesterini azaldır. Stressi aradan qaldırma xüsusiyyətlərinə görə, antidepresan kimi istifadə edilə bilər.

 

Yasəmən çayı immunitet sistemini gücləndirmək, infarkt riskini azaltmaq və şəkər xəstəliyinin qarşısını almaq kimi bütün orqanizmin sağlamlığını qoruyan bir çox faydaları mövcuddur. Bundan əlavə, bu çay zehni fəaliyyətlərə və psixi sağlamlığa kömək edir. Stressi azaldır və xərçəngin qarşısını alır. Bundan əlavə, yasəməm çayı zərərli bakteriyaları yox edir. O, həmçinin xroniki iltihab səbəbi ilə yaranan əzələ ağrılarını və digər ağrıları aradan qaldırır.

 

Yasəmən çayı necə hazırlanır?

Bitki çaylarının sağlam şəkildə dəmlənməsi və qəbul edilməsi üçün əvvəlcə otu suda qaynatmaq olmaz. Suyu qaynadıb ocağı söndürdükdən sonra otu suya atıb, su ilə dəmlənməsini gözləmək lazımdır. Yasəmən çayı hazırlamaq üçün təmiz çaydana bir stəkan su töküb qaynadın. Su qaynadıqdan sonra çaydana çay yarpağı əlavə edilməlidir. Ağzı bağlı şəkildə 5 dəqiqə dəmlənməyə buraxıldıqdan dərhal sonra isti halda içilir.

 

Fatimə Mustafayeva

Mənbə: CNN Türk