Badamın saymaqla bitməyən faydaları

Bölmə: Araşdırma › ,
Tarix: 22:45 18.11.2023

Badam ən faydalı çərəzlər siyahısında demək olar ki, ilk yerdədir. Hər birimiz badamın faydaları haqda məlumatlı olsaq da, onun bilinməyən faydaları da var.

 

İnformator.az xəbər verir ki, badam yemək xroniki yorğunluğun aradan qalxmasına səbəb olur.

 

Mütəxəssislərin sözlərinə görə, bədənin normal fəaliyyəti üçün kifayət qədər maqneziuma ehtiyacı var. Bu da badamın tərkibində olduğundan yorğunluğa qarşı yaxşı təsir edir. Bundan başqa badam stress hormonlarının inkişafını idarəsi altında saxlama gücünə malikdir.

 

Bunlarla yanaşı, badamın aşağıdakı faydaları da var:

 

1.Xolesterolu tarazlaşdırır

Badam, ürək-damar xəstəliklərinin inkişaf sürətini azaldaraq çəkiyə nəazrət etməyə kömək edir. Xüsusilə də ürək-damar xəstəlikləri olan insanlar gündə 10-15 ədəd çiy badam yeməlidir.

 

2.Qanda şəkərin səviyyəsini qoruyur

Qan şəkərini tarazlaşdırmağa kömək edir. İştahı idarə etməkdə təsirli olduğundan, çəki atma prosesində daha çox badam qəbuluna üstünlük verilir. Yağ və lif tərkibi sayəsində çiy badam da qəbizlik problemlərini aradan qaldırır. Tərkibindəki antioksidanlar xərçəngdən qoruyur.

 

3.Pəhriz üçün uyğundur

Badam, vegeterian həyat tərzi keçirənlərdə kalsium və maqnezium çatışmazlığını aradan qaldıraraq sümüyün mineral sıxlığını gücləndirir. Bu səbəbdən də pəhriz saxlayanlar üçün gündəlik çiy badam istehlakı çox vacibdir.

 

4.Beyin və sümük sağlamlığına kömək edir

Aparılan araşdırmalar badamın beyin və sümük inkişafında olduqca əhəmiyyətli olduğunu göstərir. “Alzheimer” və “Parkinson” kimi sinir sistemi xəstəliklərinin qarşısını almağa kömək edən qidadır. Tərkibindəki kalsium sümük sağlamlığı üçün faydalıdır. Buna görə də qadınlarda osteoporoz (sümük əriməsi) kimi problemlərin qarşısını alarkən, tərkibindəki fosforla sümük və diş sağlamlığına qatqı təmin edir.

 

Həcər Əmiraslanlı