İlk sovet animasiyalarının əsas süjet xətti-AÇIQLAMA

Bölmə: Araşdırma › , Maraqlı › ,
Tarix: 16:17 27.12.2023

Animasiya görüntünün və ya əşyaların hərəkətli və canlı olması illüziyasını yaradan şəkildə düzülməsidir ki, ilk nümunələri 19-cu əsrin əvvəllərində şəkilləri sanki hərəkət edir kimi göstərən bəzi oyuncaqlar şəklində ortaya çıxır.

Bunlardan ən qədimi "Thaumatrope" adlı kifayət qədər sadə oyuncaq idi. 1918-ci ilin yanvar ayında SSRİ-də Foto və Kinemotoqrafiya departamenti yaradılmasından sonra 1924-cü ildə "Planetlərarası inqilab"  ilk sovet animasiyası ərsəyə gətirildi.

 

Animator Zaur Rövşənli informator.az-a açıqlamasında qeyd edir ki, ilk sovet animasiyalarının və ya çizgi filimlərinin xətti əsasən marifləndirmək və əyləndirmək xarakterli olub.

 

"Bir çox məhşur çizgi filmin müəllifi olan "Soyuz multfilm"  " Nu poqodi", "Çeburaşka", "Karlson", "Vinni-pux" və.s çizgi filimləri və öz süjet xətti ilə günü bu gün kiçikdən böyüyə izlənməsinə səbəb olub".

 

Zaur Rövşənli sonda bildirir ki, öncəki dönəmlərdə Sovet animasiyalarının süjet xətti daha çox marifləndirmək və getdikcə zamanımızın tələblərinə uyğun olaraq marifləndirmək və əyləndirmək xarakteri alıb.

Çimnaz Məmmədova