Sağlam həyat üçün yuxunun əhəmiyyəti 

Bölmə: Araşdırma › ,
Tarix: 15:45 29.12.2023

Yuxu yaddaşın formalaşmasında, emosional tənzimləmədə və immun sisteminin funksiyalarında mühüm rol oynayır. Araşdırmalar göstərir ki, kifayət qədər yatmayan insanlarda yaddaş və öyrənmə qabiliyyəti azalır, narahatlıq və depressiya artar, hətta ürək xəstəlikləri, şəkərli diabet və piylənmə kimi ciddi sağlamlıq problemləri riski də arta bilir. Bu səbəbdən yuxunun sağlamlıq üçün son dərəcə vacibdir. 

 

Bədənin istirahəti və yenilənməsi lazımdır. Yuxu kifayət etmədikdə insanlar tez-tez yorğun hiss edir, iş performansları azalır və bəzi sağlamlıq problemləri yarana bilir. Körpələrdə yuxunun əhəmiyyəti göz ardı edilməməlidir. Körpələr sirkadiyalı ritmlər olmadan doğulur və yuxu rejimi, adətən, 3-4 aylıq olanda müəyyən edilir. 

 

Körpələrdə yuxu idrak və fiziki inkişaf üçün son dərəcə vacibdir. Kafi və keyfiyyətli yuxu beynin yetişməsinə və yaddaşın inkişafına kömək etdiyi üçün dil bacarıqları kimi bir çox fərqli idrak funksiyasını dəstəkləyə bilər.

 

Tədqiqatlar göstərir ki, müntəzəm olaraq kifayət qədər yuxu almaq uşaqların diqqətini, davranışını, öyrənməsini, yaddaşını və ümumi psixi və fiziki sağlamlığını yaxşılaşdırır.

 

Erkən uşaqlıq dövründə qeyri-kafi yuxu allergik rinitlə əlaqələndirilir. Həmçinin qeyri-kafi yuxu immunitet sistemi, narahatlıq və depressiya problemlərinə səbəb ola bilər.

Qeyri-kafi yatan uşaqlarda sonrakı illərdə piylənmə, diabet və yüksək təzyiq riski arta bilər. Yeniyetmələrdə nizamlı yuxu da böyük əhəmiyyət kəsb edir. Bunun psixi sağlamlıq və akademik performansa uzunmüddətli təsirləri ola bilər. Bəzi ölkələrdə yeniyetmələrdə görülən xroniki yuxu problemləri ictimai sağlamlıq problemi hesab olunur. Kifayət qədər yatmayan yeniyetmələr zehni sağlamlıq, diqqət və davranış problemləri ilə yanaşı, diabet və piylənmə riski də daşıyırlar. 

 

Orta hesabla gündə nə qədər yatmaq lazımdır? 

 

Yuxu müddəti insandan insana fərqli olsa da, ümumiyyətlə, yaş qruplarına görə dəyişdiyini söyləmək olar. Yuxu müddəti ilə yanaşı, yuxu rejiminin əhəmiyyəti də göz ardı edilməməlidir. Kifayət qədər yuxunun faydalarına daha az tez-tez xəstələnmək, sağlam çəkidə qalmaq, yaxşı psixi sağlamlığa sahib olmaq, diabet və ürək xəstəlikləri riskini azaltmaq, məktəbdə və işdə daha sağlam idrak fəaliyyətinə sahib olmaq və daha yaxşı qərarlar qəbul etmək daxildir. 

 

Yuxu hər yaşda olan insanın sağlam həyat sürməsi üçün əvəzsiz bir hissədir. İlk addım insanın nə qədər yuxuya ehtiyacı olduğunu müəyyən etməkdir. Fərdi ehtiyaclar insanın fəaliyyət səviyyəsi və ümumi sağlamlığı kimi amillər əsasında müəyyən edilə bilər. Bununla belə, ümumiyyətlə, sağlam yetkinlərə gündə 7-9 saat yatmağı tövsiyə etmək olar. Körpələrin, yeniyetmələrin böyümə və inkişafını təmin etmək üçün daha çox yuxuya ehtiyacı olduğu halda, 65 yaş və yuxarı insanlara gündə 7-8 saat yatmaq tövsiyə oluna bilər. 

 

Mənbə: forbiome.com

Tərcümə etdi: Məryəm Abdullazadə