BMT Kiprdəki sülhməramlı qüvvələrin missiya vaxtını uzadıb

Bölmə: Siyasət › ,
Tarix: 22:17 30.01.2024

BMT-nin Təhlükəsizlik Şurası Kiprdəki sülhmərmalı qüvvələrin missiya vaxtının 1 il uzadılması ilə bağlı qərar qəbul edib.

 

İnformator.az xarici mediaya istinadən xəbər verir ki, qərar bu gün keçirilən şura toplatınısında yekdilliklə dəstəklənib.

 

Bundan başqa, iclasda BMT-nin Baş katibi Antoni Quterreşin Kolumbiyanın keçmiş xarici işlər naziri Kuelyarın Kiprdə səlahiyyətli nümayəndə təyin edilməsinin müsbət qarşıladığını tərəflərin bunu bir fürsət kimi dəyərləndirilməli olduğunu bildirib və onları əməkdaşlığa çağırıb.

 

Həmçinin iclasda tərəflər bufer zonada gərginliyi azaltmağa çağırılıb və bufer zonanın bütövlüyünün qorunmasının vacibliyi vurğulanıb.

 
Əli Rizvan