"Sülh müqaviləsinin imzalanmasına çox əngəl qalmayıb"-Politoloq RƏYİ

Bölmə: Siyasət › ,
Tarix: 22:01 23.11.2024

"Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanması üçün ilkin şərt münasibətlərdə müstəqil siyasi iradəyə malik olmaqdır".

 

Bu sözləri "İnformator.az"a açıqlamasında politoloq Natiq Miri deyib.

 

Onun sözlərinə görə, Ermənistan rəhbərliyi konstitusiyanın preambulasında, yəni müstəqillik bəyanəməsində yer alan bütün məsələləri konistision maddə hesab etmir:

 

"Bu nöqteyi-nəzərdən preambulada bəzi fikirlərin aradan qaldırılmasının mümkünlüyünə qapı açır. Təbii ki, bununla bağlı tək Nikol Paşinyan deyil, eyni zamanda konistitusiya məhkəməsinin sədri də öz açıqlamasında Nikol Paşinyana bunu parlamentdəki çoxluq vasitəsilə müstəqillik bəyanəməsindəki ərazi iddialarının aradan qaldırılma mümkünlüyünə işarə etdi. Sözsüz ki, Azərbaycan bu məsələyə razı olarsa, Ermənistan bunu edə bilər. Bununla da, Azərbaycanın şərtləri yerinə yetirildikdə digər məslələr də həll yolunu tapmış olacaq".

 

Politoloq sülhün önündə güclü bir əngəl qalmadığı, lakin bəzi güclərin buna mane olduğunu qeyd edib

 

"Bəzi qüvvələr Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanmasına maneçilik yaradırlar. Bu da təbii ki, onların siyasi maraqlarından aslıdır. Lakin sülh bağlayacaq olan tərəflər ortaya müstəqil siyasi iradə qoyarsa, sülhə heç bir ciddi əngəl qalmayacaqdır", -deyə o, fikirlərini yekunlaşdırıb.

 

Məryəm Zalıyeva