Çinin Sədri Azərbaycanın Çindəki yeni səfirinin etimadnaməsini qəbul edib
Bölmə: Siyasət › ,Tarix: 22:40 30.01.2024
Çin Xalq Respublikasının Sədri Si Cinpin Azərbaycanın Çinə yeni təyin olunan səfiri Bünyad Hüseynovun etimadnaməsini qəbul edib.
İnformator.az xəbər verir ki, səfir etimadnaməsini Si Cinpinə təqdim edib.
Səfir Bünyad Hüseynov Azərbaycan-Çin münasibətlərinin inkişaf etdirilməsi ilə bağlı fikirlərini dövlət başçısına çatdırıb.
Sədr iki ölkə arasında dostluq münasibətlərinin uzun illərdir ki, müxtəlif sahələri əhatə etdiyini vurğulayaraq bütün istiqamətlərdə yaxşı nəticələrin əldə olunduğunu bildirib, qarşıdan gələn illərdə əməkdaşlığın daha da genişləndirilməsi üçün yaxşı imkanların mövcudluğunu diqqətə çatdırıb. O, ənənəvi sahələrdən başqa əməkdaşlığın yeni istiqamətlərinin müəyyənləşdirilməsinin zəruriliyini qeyd edib.
Əli Rizvan