Ermənistan hər tərəfdən təzyiqlə üz-üzədir-Elxan Şahinoğlu

Bölmə: Siyasət › ,
Tarix: 20:11 02.02.2024

Beynəlxalq Cinayət Məhkəməsinin Roma Statusu Ermənistan üçün fevralın 1-dən qüvvəyə minib. Bununla İrəvan BCM-in tam hüquqlu üzvü olub.

Bunun Rusiya-Ermənistan münasibətinə mənfi və müsbət təsirləri haqqında politoloq Elxan Şahinoğlu informator.az saytına açıqlama edib.

 

"Ermənistan Roma statusunu təsdiq etməklə əslində Qərbə yaxın olduğunu göstərmək istədi. Eyni zamanda bu Rusiya ilə münasibətlərdə əlavə gərginlik yaşatdı. Çünki beynalxalq cinayət məhkəməsinin Putinin həbsiylə bağlı qərarı var".

 

Elxan Şahinoğlu bildirir ki, Roma stasunu təsdiq edən istənilən ölkə, Putin o ölkədə olarsa, onu həbs edib Beynalxalq Cinayət Məhkəməsinə təhvil verməlidir.

 

"Buna görə Ermənistanın bu statusu təsdiq etməsi Moskvada ciddi narahatlıq yaradır. Düzdür, onsuz Putinin Ermənistana səfər etməyi fikri yoxdur. Amma bütün hallarda  Ermənistan höküməti də çıxış yolu axtarır və belə açıqlamalar verirlər ki guya Roma statusuyla bağlı Rusiya üçün hansısa istisna edəcəklər".

 

Politoloq qeyd edir ki, Putin Ermənistana getsə və onu həbs olunmasa, Ermənistan bu dəfə də Beynalxalq Cinayət Məhkəməsi ilə münasibətlərini gərginləşdirəcək.

 

"Bu Paşinyanın siyasətinin bir nəticəsidir. Bir ayağı  Qərbdə, bir ayağı Rusiyadadır. Fəqət hər iki tərəfdən təzyiqlə üz-üzədir".

 

Gülay Qəribova