Növbədənkənar seçkilərlə əlaqədar Beynəlxalq müşahidəçilərin Azərbaycana gəlməsi müsbət haldır-Politoloqdan ACIQLAMA
Bölmə: Siyasət › ,Tarix: 18:15 05.02.2024
Fevralın 7-də keçiriləcək növbədənkənar prezident seçkiləri ilə əlaqədar bir sıra ölkələrin mərkəzi seçki komissiyalarının sədrləri və müşahidə missiyalarının rəhbərləri Azərbaycana gəlib.
Bu barədə informator.az-a açıqlamasında siyasi ekspert Elçin Mirzəbəyli bildirib ki, Beynəlxalq müşahidəçilərin bu və ya digər ölkədə seçki prosesini izləməsi bundan öncədə rast gəlinən bir təcrübədir. Bu aspektdən də Azərbaycana Beynəlxalq müşahidə missiyalarının gəlişini normal qəbul etmək lazımdır.
Siyasi analitik qeyd edib ki, onlar seçkiləri müşahidə edəcək və təbii ki, seçki prosesi ilə bağlı öz mövqelərini dilə gətirəcəklər.
"Bunun seçkilərə hər hansısa bir formada təsirinə gəldik də isə qənaətimə görə ümumiyyətlə seçki prosesi təşkili və seçkilərlə Beynəlxalq müşahidəçilərin bu prosesdə iştirakı arasında xüsusi bir əlaqə axtarmağa lüzum yoxdur. Çünki bunlar faktiki olaraq tamamilə fərqli-fərqli yanaşmalar tələb edən məsələlərdir".
Politoloqun fikrinə görə, Beynəlxalq müşahidəçilərin, ayrı- ayrı ölkələrin mərkəzi seçki komissiyaları sədrlərinin nümyəndələrinin gəlmələri müsbət haldır.
"Bu eyni zamanda ayrı-ayrı qurumların da seçki təcrübəsi üçün faydalı ola bilər. Amma konkret halda seçki prosesinin keçirilməsi, bilavastə Azərbaycanın Mərkəzi Seçki Komissiyasının müvafiq komissiyalarına aid olan məsələdir".
Elçin Mirzəbəyli sonda əlavə edib ki, seçkilərin təhlükəsiz təmin olunması Azərbaycan dövlətinin ilk növbədə öz vətəndaşı qarşısında götürdüyü öhdəlikdir.
"Bu aspektdən düşünürəm ki, müvafiq qurumlar ənənəvi qayda da öz öhdəliklərini yerinə yetirəcəklər. Mən bu öhdəlikləri heç bir halda Beynəlxalq müşahidəçilərin prosesdə iştirakı ilə əlaqələndirmirəm".
Banuçiçək Kalbalıyeva