Ermənistan-Rusiya münasibətlərində dəyişikliklər gözlənilir?-Politoloqdan AÇIQLAMA
Bölmə: Siyasət › ,Tarix: 18:16 05.02.2024
Ermənistanda Rusiya ilə münasibətlərə yeni baxış formalaşıb. Ölkənin siyasi liderləri Rusiya ilə münasibətləri, xüsusən də hərbi sahədə əməkdaşlığı perspektivsiz qiymətləndirirlər. Onlar düşürlər ki, Rusiya ilə münasibətlərə yenidən baxılmalıdır.
Rusiya-Ermənistan münasibətlərində hansı dəyişikliklər gözlənilir?
Bu dəyişikliklərdə Qərbin rolu nədir?
Bu məsələ ilə bağlı siyasi şərhçi Tofiq Abbasov informator.az-a açıqlaması zamanı suallarımızı cavablayıb:
"Demək olar ki, Ermənistan Rusiya istiqamətində Qərbin podratını alıb və çalışır o podrat üzrə götürdüyü öhdəliyi həyata keçirsin. Qərbdə Ermənistanla Rusiyanın münasibətlərinin kəskin dəyişməsi ilə bağlı elə düşünürlər ki, bu həm Amerikanın, həm də Avropanın istəyidir".
Tofiq Abbasov qeyd edir ki,Rusiya ilə Ermənistan arasında münasibət qırılarsa, Ermənistan Qərbə doğru yön alacaq, bundan istifadə edən Qərb isə Cənubi Qafqazda istədiyi işlərə müdaxiləsini artıracaq.
"Bu çox yanlış yanaşmadır. Ona görə yanlışdır ki, onlar açıq-aşkar Rusiyanın bu bölgədən çıxmasını istəyirlər. İkincisi də odur ki, onlar İranın bölgədəki imkanlarını məhdudlaşdırmaq, üçüncü olaraq isə Türkiyəyə təyziq göstərmək istəyirlər. Biz görürük ki, ABŞ Türkiyəni şantaj edir, Qafqaz siyasətinə görə tənqid edir. Ona görə də Ermənistandan bu istiqamətdə istifadə etmək çox ciddi səhvdir".
Politoloq düşünür ki, Rusiya daha Ermənistanla razılaşmayacaq.
"Siyasi cəhətdən çox bəsitdir ki, Ermənistanı Rusiyaya qarşı üz-üzə qoymaq istəyirlər. Axı ikitərəfli münasibətlərdən söhbət gedirsə, Rusiyayla Ermənistan arsında bu münasibətlərin dominant qüvvəsi Rusiyadır. Heç vaxt Rusiya Ermənistanın istəyinə "hə" deməyəcək. Düzdür ki, burada Ermənistan Rusiyanın yedəyindən çıxa bilmir, ötən ilin sonunda Moskvaya- Pedoqoqa gələn N.Paşinyan təzim etdi, anlatdı ki, o, Rusiyadan kömək almağa hazırdır. Ermənistanda fəaliyyət göstərən bütün idarələrin hamısı, iri müəssisələrin hamısının səhəmləri Rusiya biznesinin əlindədir. Yəni bunların hamısını biz nəzərə aldıqda görürük ki, Ermənistanın Rusiyaya meydan oxuma şansı demək olar ki, sıfır dərəcəsindədir. Bəli, onlar köpüy püskürürlər, pafosla çox danışırlar. Onlar ancaq bunu deyirlər, lakin hərəkətə gəldikdə heç bir tərpəniş yoxdur. Ona görə də bu məsələləri ciddiyə almaq düzgün deyil".
Müsahib bildirir ki, bu məsələlırin həllində Ermənistanın heç bir rolu yoxdur.
"Ermənistan mediası əvvəlkitək qərbdən təlimat alaraq bu məsələlərin hamısını gündəmdə saxlayır, onları çox şişirdilmiş formada təsvir edir. Digər tərəfdən elə görüntü yaradır ki, guya burda məsələlərin həlli, müqəddəratı Ermənistandan asılıdır. Xeyr, Ermənistanın elə bir qüdrəti, gücü, iqtidarı yoxdur və Rusiya Ermənistanı həmişə bir kölə kimi görüb, indi də görür və elə də saxlayacaq".
Tofiq Abbasovun fikrincə, Azərbaycanın öz potensialına, enerjisinə, mahiyyətinə görə inkşaf etməyi qərbliləri narahat edir və bu səbəbdən belə yanlış yollardan istifadə edirlər.
"Düşünürəm ki, bu işlərin heç birnin sonu yoxdur. Ermənistan bu proseslərin heç birindən bir divident əldə edə bilməyəcək. Ermənistan dirçəlmək istəyirsə, Rusiya ilə münasibətlərini qoruyub saxlamalıdır. Çünki Rusiya istər-istəməz Azərbaycanla münasibətlərində Ermənistanın nicatına çatacaq. Çünki aydın məsələdir ki, Azərbaycan burda mütləq dominant, mütləq qalibdir, Ermənistan isə mütləq məğlubdur, odur ki, o, acınacaqlı vəziyyətdən qurtulmaqdan ötrü gərək ilk növbədə bölgə dövlətlərinə sığınsın, onların dəstəyindən istifadə etsin və Rusiya burada çox böyük rol oynaya biləcək qüvvədir".
Müsahib bu məsələdə ciddi bir dəyişikliyin olmayacağını düşünür.
"Baxmayaraq ki, Rusiyanın Ukraynada problemləri var, müharibə davam edir. Hüsab edirəm ki, bu proseslərdə ciddi dəyişiklik olmayacaq. Bəli, verbal baxımdan orada problemli vəziyyət görünür. Ancaq mahiyyət etibarilə heç bir dəyişiklik nəzərdən keçirə, müşahidə edə bilmirik. Odur ki, ermənilər növbəti dəfə danışıb, haldan düşüb, yorulacaqlar və yenidən hər şey öz dairəsinə qayıdacaq".
Azər Abuşov