Onların burada olması bizim maraqlarımıza cavab verir-Politoloqdan ACIQLAMA

Bölmə: Siyasət › ,
Tarix: 18:48 05.02.2024

Çex Respublikası parlamentinin Deputatlar Palatasının sədri Marketa Pekarova Adamova öncə Ermənistana, ardınca Azərbaycana səfər edib. 

 

Bu haqda politoloq Fikrət Sadıqov informator.az-a açıqlamasında Avropanın yüksək rütbəli rəsmilərin Azərbaycana gəlməsinin, Azərbaycanın maraqlarına cavab verən bir addım olduğunu söyləyib.

 

"Xüsusilə, həmin o xanım Ermənistanda da olub, bizə də gəlib. Onlar nə qədər tez-tez gəlsələr bura, vəziyyəti daha normal və geniş şəkildə öyrənə bilərlər".

 

Fikrət Sadıqov bildirir ki, bəzi rəsmilərin real vəziyyətdən elə də xəbərləri yoxdur. 

 

"Onun Azərbaycana gəlməsi, normal bir haldır. Çexiyanın bu məsələyə qarışması, öz mövqeyini bildirməsi, digər dövlətlərlə təmasda olan zaman bunu onlara çatdırmağı üçün şərait yaradır".

 

Politoloq qeyd edir ki, bu zaman regiondakı vəziyyət onlara özünü daha açıq şəkildə göstərəcək. 

 

"Hər halda düşünürəm ki, Çexiya iri bir oyunçu deyil. Çexiyadan asılı hər hansı bir məsələmiz yoxdur, amma nəzərə almalıyıq ki, Çexiya Avropa Şurasının və Avropa İttifaqının üzvüdür".

 

Müsahib sonda qeyd edir ki, onların burada olması, vəziyyəti öyrənməsi, rəsmilərimizlə görüşməsi, tam bizim maraqlarımıza cavab verir.

 

Gülay Qəribova