F-35 təyyarələrinin  layihələndirilməsinə Türkiyə qaytarılarsa,  bu  önəmli bir hadisə ola bilər-Oqtay Qasımov

Bölmə: Siyasət › ,
Tarix: 18:53 05.02.2024

"Türkiyə ilə ABŞ arasında son dövrlər münasibətlərin müəyən qədər yumşalması əlbətdə ki,hər iki tərəfin faydasınadır".

Bu sözləri informator.az-a açıqlamasında politoloq Oqtay Qasımov bildirib. 

Siyasi şərhçi deyir ki, əgər ABŞ konqresi Türkiyəyə F-16 qırıcı təyyarələrinin satışını təsdiqləsə,  əlbəttə, bu, uzun müddətdən bəri gərgin olan münasibətləri müəyən qədər yaxşılaşdıra bilər.

 

"Bu, hər iki tərəfin marağına uyğundur. ABŞ hal-hazırda Yaxın və Orta Şərqdə  ciddi problemlərlə üz-üzədir və bütün hallarda Türkiyənin dəstəyinə ehtiyacı var".

 

Politoloq qeyd edir ki, F-35 təyyarələrinin layihəsinə Türkiyənin yenidən qayıtması  məsələsi kifayət qədər problematik məsələdir.

 

"ABŞ  bu mövzuda Türkiyəyə qarşı böyük bir haqsızlıq edirdi. Əslində beynəlxalq hüquq və ikitərəfli müttəfiqlik münasibətləri  ruhuna zidd olaraq ABŞ, Türkiyəni bu proqramdan çıxardı və bunada bəhanə olaraq  Türkiyənin Rusiyadan S-400 hava hücumundan müdafiə sistemlərinin almasıı  göstərdi".

 

Oqtay Qasımov əlavə edir  ki, tarixi bir faktdır ki, Türkiyə bu məsələsini ilk növbədə ABŞ la həll etmək istəyirdi.

 

"ABŞ- a müraciət edərək ona hava hücumundan müdafiə sistemi olan Patriot sistemlərinin verilməsini istəyirdi. ABŞ  imtina etdikdən sonra  Türkiyə özünün  müdafiə qabiliyyətinin  zəifləməməsi  və  hava məkanının etibarlı bir şəkildə qorunmasını təmin etmək üçün Rusiyadan  S-400 hava hücumundan müdafiə sistemlərini alıb. Bu da ABŞ-ın  xoşuna gəlmədiyi üçün bu bəhanə ilə Türkiyəni F-35 layihəsindən uzaqlaşdırdı, bu layihəyə  1,3 milyard dollarlıq vəsait ayırdığına  baxmayaraq Türkiyə  yenə də kənarda qaldı".

 

Politoloq sonda vurğulayır ki, bu məsələ müsbət həll olunsa, Türkiyə-Rusiya münasibətlərinə xələl gələ bilər.

 

"Türkiyə bu layihəyə qoşulanda da Rusiya ilə münasibətləri kifayət qədər yaxşı idi.
Bundan sonra  Türkiyənin mövqeyinin dəyişməsini düşünmürəm. Türkiyə özünün milli maraqlarına uyğun siyasət aparır və bu siyasətdə ciddi dəyişlik olacağını düşünmürəm".

 

Vüqar Alışov