Konqresdə müsbət qərar çıxdığı təqdirdə Rusiyaya ciddi problemlər yaradacaq-Natiq Miri
Bölmə: Siyasət › ,Tarix: 19:31 07.02.2024
"Rusiya heç bir ölkəyə müdaxilə etmir, lakin əgər Qərb bu dəfə Polşa vasitəsilə Rusiyaya qarşı təxribata cəhd edərsə, bunun cavabı ağır olacaq".-Bu sözləri Rusiya Federasiyasının Dövlət və Siyasi Xadimi Dmitri Medvedev söyləyib.
Dmitri Medvedevin fikirlərini informator.az-a şərh edən politoloq Natiq Miri bildirib ki, Dmitri Medvedevin sözlərinə əhəmiyyət verilməməlidir.
"Rusiya onun vasitəsilə ən radikal fikirləri dövriyyəyə buraxır və bununla da Rusiya guya Qərbə qarşı həm informasiya, həm də psixoloji müharibə aparır".
Politoloq qeyd edib ki, əslində bu kimi təhdidlərdən Qərbin çəkinməsi məsələsi çoxdan bitib.
"Əgər əvvəllər Medvedev kimi siyasətçilərin açıqlamalarına müəyən qədər ciddi yanaşılırdısa, artıq bu cür açıqlamalara qərb dünyasında ciddi yanaşılmır".
Natiq Miri eyni zamanda qeyd edib ki, Rusiya ağır cavab dedikdə nüvə silahından istifadə nəzərdə tutmur, tutsa belə, bunu edə bilməz.
"Nüvə silahının istifadə olunması artıq təhdid olmaqdan çıxıb. Ona görə ki, nüvə silahı təkcə Rusiyada mövcud deyil. ABŞ, Böyük Britaniya, Fransa, Almaniya, İtaliya və s. kimi bir çox ölkələrdə nüvə silahı mövcuddur. Əgər bir nüvə hücumu olarsa, bu qarşılıq görəcək. Ona görə də nüvə silahları bu gün çəkindirici rol oynamaqdan başqa bir işə yaramır".
Müsahib əlavə edib ki, bu növbəti informasiya savaşının tərkib hissəsi yəni Medvedevin sərsəmləməsi kimi qiymətləndirilməlidir.
"Bu kimi təhdidlərlə Qərb dünyasının proseslərə müdaxiləsi, yəni əsgər göndərməsi və yaxud təchizata daha strateji uzaq mənzilli raketlərin verilməsi, havadan müdafiə sistemləri, eyni zamanda qırıcı təyyarələrinin verilməsi kimi hadisələrin qarşısını almağa yönəlik bəyanatlardır".
Politoloq vurğulayıb ki, əsas problem ABŞ-ın bir başa həm maliyyə, həm hərbi təchizat baxımından problemləri yaranıb. Bunun səbəbi odur ki, iki cəbhəyə qarşı rol almaqdadır.
"Bir tərəfdə Ukraniya-Rusiya cəbhəsi digər tərəfdə yəni yaxşı Şərqdə İsrailə dəstək məsələsi gündəmdə var. Həmçinin Avropa Birliyində də bəzi ölkələrin iqtisadi problemləri yaranmağa başlayıb. Amma buna baxmayaraq Ukraynanın Rusiya qarşısında məğlub olmasının Qərb dünyasına nəticə etibarı ilə verə biləcəyi bəzi problemlər olacağını da anlayırlar. Ukraniyanın məğlub olması ilə Rusiya artıq bəzi Avropa ölkələrinə müdaxilə etsin və yaxud da onlarla təzyiq dilində danışsın. Bu səbəbdən görürük ki, Avropa Birliyi nəqədər çətin olsada ən azından gələn il üçün 50 milyard avro məbləğində Ukraynaya ayrılacaq vəsaitlə bağlı qərar qəbul edib. Yaxın perspektivdə ABŞ-da konqresdə Ukraynaya dəstəklə bağlı 60 milyard dollarlıq məsələyə yenidən baxılacağı gözlənilir".
Natiq Mirinin sözlərinə görə, konqresdə müsbət qərar çıxdığı təqdirdə Rusiyaya ciddi problemlər yaradacaq.
"Paralel olaraq Ukraynaya veriləcək silah-sursatlar, raket sistemləri, havadan müdafiə sistemləri, eyni zamanda uzaq mənzili raketlər, F-16 qırıcılarını da bunun üstünə gəlsək, Rusiyanı narahat edəcək əsas məqam bundan ibarətdir. Buna görə Medvedevi yenidən dövriyyəyə buraxıb hədələyirlər. Ancaq düşünürəm ki, bu mərhələ çoxdan keçib".
Vüqar Alışov