Paytaxtda 23 fevrala münasibət necədir?

Bölmə: Sosial › ,
Tarix: 17:50 20.02.2024

23 fevral SSRİ-nin silahlı qüvvələrinin yarandığı gündür. Sovet dövründən indiki dövrümüzə kimi hər il 23 fevral Azərbaycanda “Kişilər Günü” kimi qeyd olunur. Ölkəmizdə bu bayramı keçirənlər, əsasən, sovet ordusunda xidmət etmiş yaşlı nəsillərdir. Lakin buna baxmayaraq bu bayramı qeyd edən gənc nəsillər də az deyil. Bəs 23 fevral Azərbaycanda qeyd olunmalıdırmı? Bu bayramın Azərbaycan vətəndaşları üçün nə kimi özəlliyi var? 

 

"İnformator.az"  mövzu ilə əlaqədar paytaxt sakinləri arasında sorğu keçirib.

 

Niyaz Hacıyev:

"23 fevralı keçirmirəm və bu gün mənim üçün adi günlərdən biridir. Mənə görə, 23 Fevral yox, 8 Noyabr oğlanlar günü kimi qeyd olunmalıdır."

 

Çingiz Əmrahov:

"Özüm bu günü qeyd etmirəm, tanıdığım qadınlar, sadəcə, mesajlaşma yolu ilə təbriklər ünvanlayır. Məktəb dövründə və universitet dönəmimdə bu gün münasibətilə qızlar bizə kiçik hədiyyələr təqdim edib, bu şəkildə bizi təbrik edirdilər. Gender bərabərliyinə tərəf duraraq vurğulayım ki, əgər 8 Mart Qadınlar bayramı varsa və qeyd olunursa, niyə də tariximizdə kişilər bayramı olmasın"?

 

Rafiq Yusifov:

"Əvvəllər biz kişilər bayramı kimi 9 may Faşizm üzrə qələbəsi gününü bilirdik. 23 Fevral bildiyim qədəri ilə ruslardan götürülmədir. Bundan əlavə el arasında deyilir ki, 8 noyabr- Qələbə gününü kişilər bayramı kimi qeyd edə bilərik. Lakin nəzərə alaq ki, bu qələbə bizə asan başa gəlmədi. Neçə əsgər, qazilərimiz sağlamlığını itirdi. Ümumilikdə mənə görə, kişilər üçün beynəlxalq gün olmasa da, hər kəs öz yaxınına özəl tarix seçib hədiyyə edə bilər".

 

Abdurəhimova Təhminə