Azərbaycan - Rusiya münasibətləri necə davam edir? -Politoloq AÇIQLADI

Bölmə: Siyasət › ,
Tarix: 21:42 23.02.2024

Prezident İlham Əliyevin Rusiya Prezidenti Vladimir Putinlə 2022-ci ilin fevral ayının 22-də Moskvada müttəfiqlik sazişinin imzalamasından 2 il keçir. 43 maddədən ibarət olan saziş iki ölkə arasındakı münasibətləri müttəfiqlik səviyyəsinə qaldırmalı idi.

 

Sazişin imzalanmasından keçən iki ildə Rusiya-Azərbaycan münasibətləri müttəfiqlik səviyyəsindədirmi?

 

Bu barədə "İnformator.az" a açıqlama edən politoloq Azad Məsiyev  bildirir ki, hər iki dövlət başçıları arasındakı səmimi münasibət bu dövlətlər arasındakı münasibətlərin inkşafına səbəb olacaq:

 

"Rusiya bizim əzəli və əbədi qonşumuzdur. Rusiya ilə münasibətlərin yaxşı olması bizim milli və dövlət maraqlarımıza uyğundur. Uzun müddətdir Rusiya ilə Azərbaycan arasında uzun əlaqələr olub. Bir dövlət altında yaşadıq. Rusiya ilə Azərbaycan arasında bağlanan dostluq və əməkdaşlıq haqqında saziş bütün sahələrin inkşafını özündə əks etdirir. Son vaxtlar dünyada geosiyasi qarşıdurmalar getdikcə vüsət alır. Rusiya-Ukrayna müharibəsindən sonra Rusiyanın Avropa ilə əlaqəsi kəsilib".

 

Siyasi şəhçi qeyd edir ki, Rusiyanın Cənubi Qafqazla, İranla, Türkiyəylə əlaqələrinin yaxşı olması üçün mütləq şəkildə Azərbaycan-Rusiya münasibətlərinin yaxşı olması gərəklidir.

 

"Rusiyanın Cənubi Qafqazdakı maraqları Azərbaycan üzərindən keçir. Ona görə də bu iki dövlətin əlaqələrinin yaxşı olması hər iki dövlətin siyasi maraqlarına uyğundur. Fevralın 22-də 43 maddədən ibarət olan bir saziş bütün sahələri özündə əks etdirməklə yanaşı, iki dövlət arasında dostluq və əməkdaşlığın inkişafı üçün rəvac verir. Hər iki dövlət başçıları arasında səmimi dostluq münasibəti var. Bizim Rusiyayla,  Rusiyanın bizimlə  heç bir problemimiz yoxdur. Regionda Rusiya-Azərbaycan münasibətlərinin yüksək səviyyədə inkşafı C.Qafqazın stabilliyinə gətirib çıxara bilər. Eyni zamanda Türkiyə-Rusiya münasibətlərinin yaxşı olması Azərbaycan-Rusiya münasibətlərinin yaxşı olmasından keçir. Azərbaycanla Rusiya arasında bir münaqişə yaranarsa, bu zaman Rusiya-Türkiyə münasibətlərinə xələl gələ bilər".

 

Müsahib nəzərə çatdırır ki, Azərbaycanla Rusiyanın münasibəti tək iki dövlət arasındakı məsələ deyil.

 

"Ümumilikdə, Cənubi Qafqazda stabilliyin yaranması üçün Rusiya faktoru əsas rol oynayır. 44 günlük Vətən Müharibəsi zamanı da Rusiya bu proseslərdə neytral mövqedə çıxış etdi. Dəfələrlə Azərbaycanın ərazi bütövlüyünü Rusiya bəyan etdi. Bu baxımdan Ermənilərin Hərvəclə təxribatı son vaxtlar istər Ermənistan, istərsə də Ermənistanı himayə edən Qərb dünyası çalışır ki, Rusiya-Azərbaycan arasında nifaq salsın".

 

Anar Məsiyev vurğulayır ki, başda ABŞ olmaqla  Qərb çalışır ki, Azərbaycanla Rusiya arasında qarşıdurma yaratsın. Bu da təbii ki, bizim dövlət maraqlarımıza uyğun deyil.

 

"Prezident İlham Əliyevin balanslaşdırıcı siyasəti nəticəsində tək Rusiya ilə deyil bir çox qonşu dövlətlərlə münasibətinin yaxşılaşmasına gəririb çıxarıb. Tarixən Ermənilər hər zaman Azərbaycanla Rusiya arasında qarşıdurma yaradaraq öz niyyətlərinə çatıblar. İki dövlət Prezidentləri arasındakı səmimi münasibət iki dövlət arasındakı münasibətlərin inkşafına gətirib çıxaracaq ki, bundan da hər iki dövlət, hər iki xalq yararlana bilər".

 

Azər Abuşov