"NATO bunu edə bilməsə, çətin vəziyyət yarana bilər"-ŞƏRH
Bölmə: Siyasət › ,Tarix: 22:24 27.02.2024
Kreml: NATO ilə birbaşa hərbi toqquşma qaçılmaz ola bilər
Bu barədə Kremlin sözçüsü Dmitri Peskov brifinqdə deyib.
O bildirib ki, Qərb qoşunlarının Ukraynaya göndəriləcəyi təqdirdə NATO ilə Rusiya Federasiyası arasında birbaşa hərbi münaqişə qaçılmaz olacaq.
Kremlin fikirlərini "informator.az"a şərh edən politoloq Rizvan Fikrətoğlu bildirib ki, Ukraynaya müharibənin birinci ilində ən çox dəstəyi İngiltərə göstərdi, sonradan İngiltərənin rolu azaldı:
"Amerika bu məsələlərdə bir az geri çəkildi, daha aktiv fazaya NATO ölkələri qoşuldu. Amma öncədən neytral idilər və Ukraynanı dəstəkləmirdilər. Lakin sonradan müharibə daha da alovlandıqca Avropa ölkələri anladı ki, Ukrayna uduzsa, yeni hədəf Şərqi Avropa ölkələri və bir qrup NATO ölkələri olacaq. Bunun qarşısını almaq üçün əslində əllərindən gələni etməlidirlər ki, Ukrayna uduzmasın. Bu mövzuda əsas qurban, əsas savaş meydanı Ukrayna olacaq və Ukrayna ordusuna nə qədər çox silah-sursat gəlsə, o qədər də rus ordusu dayandırıla biləcək. Əks halda Ukraynaya dəstəyin zəif olması birbaşa Avropa ölkələrinin təhlükəsizliyinə təhdid ola bilər. ABŞ prezident seçkilərinə qədər NATO Ukraynaya maksimum dəstək verməlidir ki, cəbhədə olan vəziyyət dəyişsin, Ukraynanın xeyrinə dönüş olsun. NATO ölkələri bunu edə bilməsələr nəinki Ukrayna üçün Şərqi Avropa ölkələri üçün də çətin vəziyyət yarana bilər".
Samirə Musayeva