"Avropa İttifaqının səsləndirdiyi fikirlər reallığı əks etdirmir"-ŞƏRH

Bölmə: Siyasət › ,
Tarix: 22:30 09.04.2024

"Cənubi Qafqazda sülhün tez təmin olunması üçün hər şey edilməlidir".

 

Bu sözləri İrəvanda səfərdə olan Avropa Şurasının Baş katibi Mariya Peyçinoviç-Buriç Ermənistan parlamentinin spikeri Alen Simonyanla görüşündə deyib.

 

Bu fikirlər özündə nəyi ehtiva edir?

 

Baş Katibin sözlərini "informator.az"a şərh edən politoloq Turan Rzayev bildirir ki, şübhəsiz, bu fikirlər məqsədyönlü şəkildə istifadə olunub:

 

"Reallıq ondan ibarətdir ki,Avropa İttifaqı və Amerika Birləşmiş Ştatlarının regional təsir etmə istəyi var, bu da sülhə ən böyük maneələrdən biridir. Hazırda Ermənistan-Azərbaycan arasında biz sülh prosesinin şahidi oluruq. Lakin, bununla belə, kənar qüvvələrin, xüsusilə də, Avropa İttifaqı və ABŞ-ın regiona müdaxilə edib, hərbi kontingent yaratmaq,nüfuz qazanmaq istəyi öz növbəsində Ermənistanın da buna müsbət yanaşması ilə nəticələnir ki, regionda da gərginlik yaradan əsas faktor bundan ibarətdir".

 

Politoloq qeyd edir ki, Avropa İttifaqı nümayəndələrinin Ermənistana səfəri, burada sülhdən danışması,aydın məsələdir ki, reallığı əks etdirmir:

 

"Sülhü arzulaya bilərlər,lakin bu onların reallıqları ilə deyil, mövcud straskua əsasında baş verməlidir. Onsuz Azərbaycan kifayət qədər konstruktiv yanaşma sərgiləyir və bunu Ermənistanla ikili danışıqlar və ya regional platformalarda görüşlər daxilində etmək istəyir. Lakin Avropa İttifaqı, ABŞ-ın Ermənistana gəlişi, burada mövqelənməsi heç şübhəsiz ki, qərblə Rusiyanın qarşıdurması fonunda baş verir və bu da Ermənistan-Azərbaycan arasında sülh müqaviləsinin imzalanmasını çətinləşdirir".

 

Aytac Kərimova